24 Fevral 2025, 09:48
FUTBOL
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola bir mövsümdə məğlubiyyətlər üzrə antirekordunu yeniləyib. Matc.az xəbər verir ki, onun çalışdırdığı komanda İngiltərə Premyer Liqasının XXVI turunda öz meydanında “Liverpul”a 0:2 hesabı ilə uduzub.
“Şəhərlilər”in çalışdırıcısı cari mövsüm məğlubiyyət sayını 14-ə çatdırıb. Bu, onun bütün məşqçilik karyerası boyunca ən pis göstəricisidi. Mançester klubu daha əvvəl “Tottenhem” (1:2, 0:4), “Bornmut” (1:2), “Sportinq” (1:4), “Brayton” (1:2), “Liverpul” (0:2), “Yuventus” (0:2), “Mançester Yunayted” (1:2), “Aston Villa” (1:2), PSJ (2:4), “Arsenal” (1:5) və “Real”a (2:3, 1:3) məğlub olub.
Qeyd edək ki, Pep Qvardiola daha əvvəl “Barselona” və “Bavariya”ya rəhbərlik edib.