“Liverpul”un hücumçusu Məhəmməd Salah cari mövsüm İngiltərə Premyer Liqasında 40 qolda yaxından iştirak edib. Matc.az xəbər verir ki, misirli forvard son olaraq “Mançester Siti” ilə oyunun qəhrəmanlarından olub.

O, XXVI turda 2:0 hesabı ilə qalib gəldikləri səfər görüşündə 1 qol vurub, 1 məhsuldar ötürmə verib. Salah bununla iki fərqli mövsümdə 40 və daha çox qol+ötürmə göstəricisi əldə edən ilk oyunçu kimi Premyer Liqa tarixinə düşüb.

O, bunu ilk dəfə 2017-18 mövsümündə həyata keçirmişdi – 42 qolda yaxından iştirak.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest