“Fiorentina”nın hücumçusu Moyze Kin İtaliya A Seriyasının XXVI turunda “Verona” ilə oyun zamanı (0:1) huşunu itirib. Matc.az xəbər verir ki, hadisə görüşün ikinci hissəsində baş verib.

Belə ki, Kin rəqib futbolçunun diz zərbəsindən sonra yerə yıxılıb. “Fiorentina”nın tibbi heyəti onu xərəkdə meydandan çıxarmalı olub və forvard dərhal xəstəxanaya aparılıb. Forvardın nə zaman məşqlərə başlayacağı barədə hələlik məlumat verilməyib.

Qeyd edək ki, Moyze Kin bu mövsüm bütün turnirlərdə 29 oyunda iştirak edib, 19 qol vurub, 2 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest