Gürcüstanın paytaxtı Tbilisidə UEFA-nın üzv assosiasiya nümayəndələrinin iştirakı ilə “UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı” mövzusunda seminar keçirilib.
Matc.az xəbər verir ki, seminarda AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin əməkdaşları iştirak ediblər.
Seminar zamanı aşağıdakı mövzular müzakirə olunub:
• Növbəti mövsümdən etibarən klublara UEFA tərəfindən ödənilən həmrəylik ödəmələrinin lisenziyalaşdırma qaydalarında əks olunması və bu qaydalara uyğun olaraq idarə olunması;
• Gürcüstanda lisenziyalaşdırma sisteminin və infrastruktur layihələrinin inkişafı;
• Müxtəlif ölkələrdə lisenziyalaşdırma prosesi çərçivəsində klubların uşaq akademiyalarında monitorinq və yoxlamaların təşkili;
• Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı qaydalarında yeniliklər;
• Cari mövsümdən etibarən tətbiq edilən yeni hüquqi meyarın müzakirəsi və tətbiqi (klubların əmtəə nişanları, tarixi və idman nailiyyətləri);
• Bir neçə klubun eyni sahibkarlıqda olması ilə bağlı məsələlər;
• Lisenziar olan milli assosiasiyaların sertifikasiyası;
• UEFA-nın Lisenziyalaşdırma üzrə illik hesabatı;
• UEFA-nın milli assosiasiyalar arasında təcrübə mübadiləsi proqramı və s.