Futbol üzrə Azərbaycan millisi Latviya yığması ilə yoldaşlıq görüşü keçirəcək. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat paylaşıb.

Bildirilib ki, komandamız iyunun 7-də adıçəkilən kollektivlə üz-üzə gələcək. Qarşılaşma Latviyanın paytaxtı Riqada reallaşacaq. Lakin görüşün başlama saatı və stadionu hələ məlum deyil.

Qeyd edək ki, millimiz Latviya ilə matçdan üç gün sonra – iyunun 10-da evdə Macarıstanla yoldaşlıq görüşü keçirəcək. Fernandu Santuşun yetirmələri martın 25-də isə Belarusla evdə üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest