24 Fevral 2025, 12:29
FUTBOL
“Nyukasl”ın hücumçusu Aleksandr İsak İngiltərə Premyer Liqasının XXVI turunda “Nottingem Forest”lə oyunda dubla imza atıb. Matc.az xəbər verir ki, bununla İsveç millisinin üzvü Premyer Liqada 50 qol həddinə çatıb.
O, İngiltərə çempionatında ən çox qol vuran isveçli ünvanını ələ keçirib. İsak 48 qolla rekordun əvvəlki sahibi olan sabiq “Arsenal”lı Fredrik Lyunberqi geridə qoyub. İsak bu göstəriciyə 76 oyunda çatıb. Premyer Liqa tarixində yalnız 6 futbolçu 50 qolu ondan daha tez vurub.
Qeyd edək ki, “Nyukasl” “Nottingem Forest”i 4:3 hesabı ilə məğlub edib.