24 Fevral 2025, 12:35
FUTBOL
“Sumqayıt” Azərbaycan çempionatlarında 200-cü məğlubiyyətini alıb. Matc.az xəbər verir ki, bu, Misli Premyer Liqasının XXIV turuna təsadüf edib.
Vaqif Cavadovun baş məşqçisi olduğu komanda səfərdə “Neftçi”yə 0:1 hesabı ilə uduzub. Sumqayıtın eyniadlı komandası 424-cü matçda “200”ə çatıb. Məğlubiyyətlərin 88-i evdə, 112-si səfərdə qeydə alınıb. “Gənclik şəhəri” təmsilçisi ilk yenilgisini 2011-ci il avqustun 6-da “Xəzər Lənkəran”la səfər görüşündə alıb – 1:2.
Qeyd edək ki, “Sumqayıt” ölkə çempionatları tarixinə 200 və daha çox oyunda uduzan 5-ci komandadır.