24 Fevral 2025, 12:50
FUTBOL
“Qarabağ” Misli Premyer Liqasının 2024-25 mövsümündə 60-cı qolu vurub. Matc.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri buna XXIV turun “Sabah”la görüşündə (1:1) nail olub.
60-cı topa Abdullah Zubir imza atıb. Bununla da “Qarabağ” tarixinin rekordunu təkrarlayıb. Ağdam klubu 2003-04, 2021-22 və 2023-24 mövsümlərində də “60”a 24-cü oyununda çatıb. Ötən mövsümdə bu rəqəm hətta 61-ə yüksəlib.
Azərbaycan çempionatları tarixinin rekordu isə “Kəpəz”ə məxsusdur. Gəncə klubu 1995-96 mövsümündə 60-cı qolunu 17-ci matçda vurub.