24 Fevral 2025, 13:18
FUTBOL
“Roma” yetirməsi Nikolo Pisillinin müqaviləsini yeniləyi. Matc.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
20 yaşlı oyunçu ilə yeni sözləşmə 2029-cu ilin yayına qədər qüvvədə olacaq. Onun əvvəlki müqavilə gələn ilin yayına qədər idi.
Qeyd edək ki, Nikolo Pisilli cari mövsüm A Seriyasında 20 oyunda iştirak edib.