24 Fevral 2025, 14:52
FUTBOL
“Reyncers”də ayrılıq baş verib. Matc.az xəbər verir ki, bu barədə Şotlandiya klubunun rəsmi saytında məlumat yayılıb.
Bildirilib ki, baş məşqçi Filipp Klement ilə yollar ayrılıb. Klub Klementə baş məşqçi olduğu müddətdə verdiyi zəhmətə görə minnətdarlıq edib.
Qeyd edək ki, hazırda Şotlandiya Premyer Liqasında ikinci pillədə qərarlaşan “Reyncers” “Seltik”dən 13 xal geri qalır.