24 Fevral 2025, 15:26
FUTBOL
"Barselona" rəhbərliyi komandanın aparıcı futbolçularından olan Lamin Yamal ilə yeni müqavilə imzalayacaq. Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
Bildirilib ki, tərəflər arasındakı yeni sözləşmə 2030-cu ilədək nəzərdə tutulacaq.
Qeyd edək ki, Yamal cari mövsümdə ümumilikdə 33 oyunda 11 qola imza atıb. Onun “Barsa” ilə hazırkı anlaşması 2026-cı ilin yayınadək nəzərdə tutulub.