Ponomaryov futbolçu karyerası ərzində SSRİ yığmasının heyətində gənclər arasında dünya çempionatının gümüş (1979), Avropa çempionatının qızıl (1980), medallarını qazanıb.
Bu gün veteran futbolçu İqor Ponomaryovun 65 illiyidi. Matc.az xəbər verir ki, olimpiya çempionunun yubileyi münasibətilə AFFA-da onunla görüş olub.
Görüşdə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və baş katibi Cahangir Fərəcullayev iştirak ediblər. Onlar Ponomaryova xatirə hədiyyəsi veriblər.
Hazırda "Sabah"ın idman direktoru kimi fəaliyyət göstərən Ponomaryovu paytaxt klubunun rəhbərliyi də təbrik edib. Bu münasibətlə təcrübəli mütəxəssisə rəmzi - 65 nömrəli “Sabah” forması verilib. Formanı İqor Ponomaryova “Sabah”ın prezidenti Maqsud Adıgözəlov təqdim edib.
Ponomaryov futbolçu karyerası ərzində SSRİ yığmasının heyətində gənclər arasında dünya çempionatının gümüş (1979), Avropa çempionatının qızıl (1980), medallarını qazanıb. 1988-ci ildə SSRİ yığmasının heyətində olimpiya çempionu olan Ponomaryov buna nail olmuş yeganə azərbaycanlı futbolçudu. O, ardıcıl 24 penalti zərbəsini dəqiq yerinə yetirərək, SSRİ çempionatında rekord göstəriciyə imza atıb. SSRİ çempionatında “Neftçi” və ÇSKA (Moskva, Rusiya) komandalarında çıxış etmiş İqor Ponomaryov yüksək liqanın 100 ən yaxşı bombardiri siyahısına daxil olub.
Qeyd edək ki, Ponomaryov 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkədə idmanın inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.