24 Fevral 2025, 16:10
FUTBOL
Tərəflər arasında bu ilin yayınadək nəzərdə tutulan sözləşmə imzalanıb.
Yığmamızın hücumçusu Renat Dadaşovun yeni klubunun adı rəsmən bəlli olub. Matc.az xəbər verir ki, 25 yaşlı futbolçu, gözlənildiyi kimi, “Radomyak”a keçib.
Bu barədə Polşa klubunun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasında bu ilin yayınadək nəzərdə tutulan sözləşmə imzalanıb.
Dadaşov keçidi ilə bağlı Radom təmsilçisinin mətbuat xidmətinə açıqlama verib. Xoşbəxt olduğunu dilə gətirən Renat azarkeşlərə çağırış edib: “Cümə günü görüşərik”.
Qeyd edək ki, yığmamızın digər üzvü Rahil Məmmədov da “Radomyak”ın formasını geyinir.