"Mançester Siti"nin yarımmüdafiəçisi Mateo Kovaçiç komandasını dəyişə bilər. Matc.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçinin yenidən İspaniya çempionatında çıxış etmək variant gündəmə gəlib.

Belə ki, "Atletiko" təcrübəli xavbeki heyətinə qatmaq niyyətindədi. 30 yaşlı futbolçunun "şəhərlilər"lə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Kovaçiç bunadək İspaniyada "Real"da oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest