"Milan" klubu cari mövsümün sonunda zəif nəticələr fonunda heyətdə köklü dəyişikliklər edə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Gazzetta dello Sport" məlumat yayıb.

Bildirilir ki, İtaliya klubunun rəhbərliyi hətta 3 ulduz futbolçu üçün gələcək təklifləri dəyərləndirməyə belə hazırdır. Bunlar qapıçı Mayk Menyan, cinah müdafiəçisi Teo Ernandes və hücumçu Rafael Leaudur.

Menyan və Ernandesin müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatır. Qolkiper sözləşmənin yenilənməsi üçün razılığa da gəlib. Lakin bu, onun komandada uzun müddət qalacağına zəmanət vermir.

Ernandesin taleyi isə qeyri-müəyyəndir. Klub qışda onu "Komo"ya 50 milyon avroya satmaq istəsə də, futbolçu getmək istəməyib. "Milan" yay transfer dönəmində onun satışından pul qazanmaq niyyətindədir.

Leaunun hazırkı müqaviləsi 2028-ci ilin yayınadək qüvvədədir. Buna baxmayaraq, A Seriyası təmsilçisi portuqaliyalı forvard üçün də danışıqlara hazırdır.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest