25 Fevral 2025, 09:18
FUTBOL
Lionel Messidən avtoqraf istəyən hakim işindən uzaqlaşdırılıb. Matc.az xəbər verir ki, KONKAKAF Çempionlar Kubokunun I raundunda keçirilən “İnter Mayami” – “Kanzas Siti” (1:0) oyunundan sonra baş hakim Marko Antonio Ortis Nava Messiyə yaxınlaşaraq məhdud imkanlı qohumu üçün avtoqraf istəyib.
Bundan sonra KONKAKAF meksikalı hakimin intizam tədbirlərinə cəlb olunduğunu açıqlayıb. Ortis Nava KONKAKAF turnirlərindən 6 ay müddətinə uzaqlaşdırılıb. Ancaq referi Meksika çempionatında oyunları idarə etməyə davam edə biləcək.
Bildirilib ki, qayda pozuntusunun təkrarlanması halında meksikalı hakim qeyri-müəyyən müddətə diskvalifikasiya ediləcək.