25 Fevral 2025, 10:37
FUTBOL
“Mançester Yunayted” rəhbərliyi “Old Trafford”da işçilərə pulsuz naharları ləğv etmək istəyir. Matc.az xəbər verir ki, Premyer Liqa klubu bununla 1 milyon funt-sterlinq qənaət etməyi hədəfləyir.
Klubun səhmlərinin sahibi Cim Retkliff bazada işçilər üçün yeməkxananı bağlamağı planlaşdırır. Bu, həftənin sonuna qədər baş verməlidi. Pulsuz naharların əvəzinə meyvələrin verilməsi nəzərdə tutulur.
Bununla belə, “qırmızı şeytanlar” əlilliyi olan azarkeşlər assosiasiyasına etdiyi illik 40 min funt-sterlinqlik ianəni dəyişməz saxlayır. Rəhbərlik “Manchester United Foundation” xeyriyyə fonduna ayrılan vəsaiti isə azaltmaq üçün danışıqlar aparır.