Kriştiano Ronaldo 2024-cü ilin ən çox qazanan idmançısı seçilib. Matc.az xəbər verir ki, “Əl-Nəsr” və Portuqaliya millisinin hücumçusu ötən il ən yüksək maaş alan idmançı olub.

40 yaşlı ulduz futbolçu il ərzində təxminən 248 milyon avro qazanıb. İkinci yerdə “Qolden Steyt Uorriors”un basketbolçusu Stefen Karri (146 milyon avro) qərarlaşıb. İlk “üçlüy”ü boksçu Tayson Fyuri (140 milyon avro) tamamlayıb.

“İnter Mayami”nin hücumçusu Lionel Messi isə 129 milyon avro qazanaraq dördüncü olub. Siyahının beşinci sırasında “Los Anceles Leykers”in ulduz basketbolçusu Lebron Ceyms (127 milyon avro) yer alıb.

Qeyd edək ki, Ronaldo cari mövsüm 28 oyunda 24 qol vurub, 4 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest