25 Fevral 2025, 11:13
FUTBOL
Uğursuz mövsüm keçirən “Lester”də iki ayrılıq baş verib. Matc.az xəbər verir ki, Premyer Liqa klubu məşqçiləri ilə yollarını ayırıb.
Belə ki, baş məşqçi Rud van Nistelroyun köməkçiləri Ben Douson və Denni Olkok istefaya göndərilib. Hər iki mütəxəssis mövsümün əvvəlində də Stiv Kuperin köməkçisi olub.
Qeyd edək ki, “Lester” 26 turdan sonra Premyer Liqada 17 xalla 19-cu pillədə qərarlaşıb.