25 Fevral 2025, 11:26
FUTBOL
AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov növbəti beynəlxalq təyinat alıb. Matc.az xəbər verir ki, UEFA yenidən onu “Fənərbaxça”nın oyununa göndərmək qərarına gəlib.
Məmmədov bu dəfə İstanbul təmsilçisinin Avropa Liqasının 1/8 final mərhələsində “Reyncers”lə ev matçında iş başında olacaq. O, şotlandlarla İstanbuldakı görüşün UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.
Oyun martın 6-da “Şükrü Saracoğlu” stadionunda keçiriləcək.