“Mançester Yunayted” müdafiəçisi Nussair Mazrauini itirib. Matc.az xəbər verir ki, o, İngiltərə Premyer Liqasının XXVI turunda “Everton”la oyunda zədələnib.

İkinci hissədə narahatlıq hiss edən Mərakeş millisinin üzvü əvəzlənməli olub. Tibbi müayinədən sonra 27 yaşlı arxa xətt oyunçusunun dizindən xəsarət aldığı aşkarlanıb. O, bu gün yenidən tibbi müayinədən keçəcək və bundan sonra zədənin ciddiliyi bilinəcək.

Qeyd edək ki, Mazraui cari mövsümdə Premyer Liqanın 26 oyununda iştirak edib, 1 qol ötürməsi verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest