“Brügge”nin müdafiəçisi Maksim de Keyper İtaliyaya köçə bilər. Matc.az xəbər verir ki, “Milan” Belçika millisinin futbolçusunun transferində maraqlıdı.

“Rossonyerlər” yay fasiləsində 24 yaşlı oyunçunu heyətinə qatmağa çalışacaq. “Milan” rəhbərliyi de Keyperin meneceri ilə danışıqlara artıq start verib. Ancaq İtaliya nəhəngi bu mübarizədə tək deyil. Çünki “Arsenal” da milli üzvü ilə güclənmək istəyir. Onun hazırkı transfer dəyəri 12 milyon avroya bərabərdi.

Qeyd edək ki, Maksim de Keyper bu mövsüm “Brügge”nin heyətində Belçika çempionatında 24 oyun keçirib, 1 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest