25 Fevral 2025, 12:58
FUTBOL
“Qarabağ”ın Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Səbail”lə keçiriləcək ev oyunu üçün bilet satışı başlayıb. Matc.az xəbər verir ki, biletlərin qiyməti sektorlara görə dəyişir.
Azarkeşlər buna uyğun olaraq 3, 7 və ya 15 manata bilet əldə edə bilərlər. Biletlər artıq iTicket.az-da onlayn satışdadı. Oyun günü isə həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satışda olacaq.
Qeyd edək ki, “Qarabağ” – “Səbail” oyunu fevralın 27-də keçiriləcək.