Reytinqin əsas meyarları arasında yaş (45-dən aşağı), qazanılmış böyük titullar, komanda üzərində təsir, turnirin rəqabət səviyyəsi və inkişaf potensialı göstərilib. Xabi Alonso 2023-24 mövsümünün sonunda Almaniyada “Qızıl dubl” edərək həm Bundesliqanı, həm də Almaniya Kubokunu qazanıb.

“Give Me Sport” nəşri dünyanın ən yaxşı gənc məşqçilərinin adlarını açıqlayıb. Matc.az xəbər verir ki, reytinqə “Bayer”in çalışdırıcısı Xabi Alonso başçılıq edir.

Reytinqin əsas meyarları arasında yaş (45-dən aşağı), qazanılmış böyük titullar, komanda üzərində təsir, turnirin rəqabət səviyyəsi və inkişaf potensialı göstərilib. Xabi Alonso 2023-24 mövsümünün sonunda Almaniyada “Qızıl dubl” edərək həm Bundesliqanı, həm də Almaniya Kubokunu qazanıb.

Almaniya millisinin baş məşqçisi Yulian Nagelsmann reytinqdə 3-cü yeri tutub və siyahıda yeganə yığma çalışdırıcısıdır.

Dünyanın ən yaxşı gənc məşqçiləri:

1. Xabi Alonso - “Bayer”

2. Mikel Arteta – “Arsenal”

3. Yulian Nagelsmann – Almaniya millisi

4. Andoni İraola – “Bornmut”

5. Ruben Amorim – “Mançester Yunayted”

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest