25 Fevral 2025, 14:35
FUTBOL
Kriştianu Ronaldo futbol klubu ala bilər. Matc.az xəbər verir ki, portuqaliyalı oyunçu böhran içində olan "Valensiya"nı almaq fikrinə düşüb.
Ronaldonun Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın timsalında yüksək nüfuzlu investisiya tərəfdaşı tapdığı qeyd olunub.
Qeyd edək ki, hazırda La Liqada 18-ci pillədə qərarlaşan “Valensiya” 6 dəfə İspaniya çempionu adını qazanıb.