“Qarabağ”ın sabiq qapıçısı Luka Quqeşaşvili komandasını dəyişməyə hazırlaşır. Matc.az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatında məlumat yayılıb.

Bildirilib ki, Quqeşaşvili "Panserraikos"dan ayrılaraq digər yunan klubu - PAOK-a keçməyə hazırlaşır. Düzdü, gürcü qolkiperin hazırkı klubu ilə 2026-cı ilin yayınadək müqaviləsi var. Buna baxmayaraq, tərəflər arasında razılıq əldə edilib və Luka cari mövsümün sonunda PAOK-a keçəcək.

Qeyd edək ki, Quqeşaşvili 2024-cü ilin yayında “Qarabağ”dan ayrılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest