Burada “Neftçi”nin yeni mövsüm formaları, outlet kolleksiyası satışdadı.

“Neftçi”nin rəsmi mağazası bu gün onlayn fəaliyyətə başlayıb. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yayılıb.

Rəsmi mağaza klubun azarkeşlərinə sevimli komandalarına və klub tarixinə olan bağlılıqlarını ifadə etmələri üçün geniş məhsul çeşidi təqdim edir. Burada “Neftçi”nin yeni mövsüm formaları, outlet kolleksiyası satışdadı.

Yaxın vaxtlarda aksesuarlar, hədiyyəlik məhsullar və daha çoxunu tapmaq mümkün olacaq. Azarkeşlər xüsusi dizaynlar, yüksək keyfiyyətli məhsullar və klubun rəngləri ilə bəzədilmiş bir çox şeyi “Neftçi” rəsmi mağazasında əldə edə bilərlər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest