25 Fevral 2025, 16:50
FUTBOL
"Real"ın futbolçusu Arda Güler komandasını dəyişə bilər. Matc.az xəbər verir ki, türkiyəli futbolçu karyerasını Almaniya çempionatında davam etdirməyə yaxındı.
Belə ki, onunla "Bavariya" yaxından maraqlanır. Münhen klubunun baş məşqçisi Vensan Kompani rəhbərliklə söhbətində Ardanı ixtiyarında görmək istədiyini bildirib. Belçikalı mütəxəssisin fikrincə, Gülər komandanın hücum xəttini daha da gücləndirə bilər.
Almanlar bu keçidin baş tutması üçün 50 milyon avro xərcləməyə hazırdılar.