Əvəzedicilər liqasının 24-cü turunun güclü qar yağması səbəbindən təxirə salınmış oyunlarının hansı tarixlərdə keçiriləcəyi müəyyənləşib. Matc.az xəbər verir ki, söhbət “Zirə-2” - “Kəpəz-2” və “Şamaxı-2” - "Turan Tovuz-2” matçlarından gedir.

Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Bildirilib ki, görüşlər 27 və 28 fevral tarixlərində reallaşacaq.

27 fevral (cümə axşamı)

13:00. “Zirə-2” – “Kəpəz-2”

ASCO Arena

28 fevral (cümə)

13:00. “Şamaxı-2” – Turan Tovuz-2”

Şamaxı şəhər stadionu

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest