25 Fevral 2025, 17:49
FUTBOL
Futbol üzrə Rusiya yığmasının baş məşqçisi Valeri Karpin eyni anda çalışdırdığı "Rostov"dan ayrılıb. Matc.az xəbər verir ki, bu barədə məlumat klubun mətbuat xidməti tərəfindən yayılıb.
Artıq “Rostov”un yeni çalışdırıcısı da bəllidi. Klub ispaniyalı Conatan Alba ilə razılığa gəlib.
Qeyd edək ki, Rusiya çempionatında hazırda 26 xalı olan "Rostov" 7-ci pillədə yer alıb.