İspaniya Kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində "Barselona" "Atletiko"nu qəbul edib. Matc.az xəbər verir ki, qarşılaşma dramatik keçib.

Belə ki, azarkeşlər bu oyunda 8 qol izləyiblər. Matç 4:4 hesabı ilə nəticələnib. Bu komandalar arasında cavab oyunu aprelin 2-də reallaşacaq.

Qeyd edək ki, cütün qalibi finalda "Real" - "Real Sosyedad" duelinin güclüsü ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest