Ulduz futbolçu Kriştianu Ronaldo növbəti qoluna imza atıb. Matc.az xəbər verir ki, o, “Əl-Nəsr”in heyətində Səudiyyə Ərəbistanı çempionatının 22-ci turunda “Əl-Vahda” ilə görüşdə adını tabloya yazdırıb.

Ronaldo dəqiq baş zərbəsi ilə 2:0 hesabı ilə nəticələnən qarşılaşmada hesabı açıb. Bu qol portuqaliyalı hücumçunun karyerasında 925-ci qol olub.

Qeyd edək ki, “Əl-Nəsr”in digrə qolunun müəllifi isə Sadio Mane olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest