Lionel Messinin formasını geyindiyi “İnter Mayami” KONKAKAF Çempionlar Liqasında 1/16 final mərhələsinin cavab matçını keçirib. Matc.az xəbər verir ki, Mayami təmsilçisi ABŞ-ın digər klubu “Sportinq Kanzas-Siti” ilə üz-üzə gəlib.

Oyun “İnter Mayami”nin 3:1 hesablı qələbəsi ilə nəticələnib. "İnter Mayami"nin qollarına Lionel Messi, Luis Suares və Tadeo Alende imza atıb.

İlk oyunda da rəqibindən üstün olan (1:0) Messinin komandası 1/8 finala adlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest