“Bavariya” rəhbərliyi komandanın aparıcı oyunçularından olan Yozua Kimmixə yeni müqavilə təklif edib. Matc.az xəbər verir ki, yarımmüdafiəçi sözləşməyə qol çəkdikdən sonra maaşında artım alacaq.

Kimmixin hazırkı sazişinin müddəti 2028-ci ilə qədərdi. Tərəflərin yaxın günlərdə yeni müqavilə imzalayacağı bildirilir. Bundan sonra Kimmixin illik maaşı 19 milyon avrodan 22 milyon avroya yüksələcək.

Nəticədə o, komandada Harri Keyn və Camal Musialadan sonra ən yüksək maaş alan futbolçular arasında üçüncü olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest