Dadaşovun dəyəri hazırda 1,6 milyon avro olaraq qiymətləndirilir.

Polşanın "Radomyak" klubu ilə müqavilə bağlayan yığmamızın hücumçusu Renat Dadaşov diqqət mərkəzinə düşüb. Matc.az xəbər verir ki, o, bunu yeni komandasının ən bahalı üzvü olmaqla bacarıb.

Dadaşovun dəyəri hazırda 1,6 milyon avro olaraq qiymətləndirilir. Bu isə o deməkdi ki, Renat “Radomyak”ın ən bahalı oyunçuları sırasında birinci yerdə qərarlaşıb.

Qeyd edək ki, “Radomyak”ın ümumi bazar dəyəri isə 11,1 milyon avrodu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest