“Liverpul” yayda heyətini gücləndirmək istəyir. Matc.az xəbər verir ki, “mersisaydlılar”ın baş məşqçisi Arne Slot rəhbərliklə görüşündə müdafiə xəttinə yeni oyunçu lazım olduğunu bildirib.

Mütəxəssis bu mövqe üçün “Nyukasl”ın üzvü Luis Hollu transfer etməyi xahiş edib. İndidən qarşı tərəflə danışıqlara başlayan “qırmızılar” 20 yaşlı futbolçunu yayda sıralarına cəlb etmək niyyətindədilər.

Qeyd edək ki, ingilis müdafiəçi ötən ilin yayından “Nyukasl”ın formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest