“Nürnberq” klubunun baş məşqçisi Miroslav Kloze komandanın azərbaycanlı futbolçusu Mahir Emreli haqda danışıb. Matc.az xəbər verir ki, o, son vaxtlar şans vermədiyi həmyerlimizlə söhbət etdiyini bildirib.

Kloze əsas heyətə dönmək üçün hər şeyin Mahirdən asılı olduğunu qeyd edib: “Məşqdə onu heç nəyə görə günahlandıra bilmərəm. Mahirə dedim ki, başqaları kimi, o da istənilən vaxt oynamaq istədiyini göstərə bilər. Sadəcə, mənim bunu hiss etməyim lazımdı”.

Qeyd edək ki, Mahir Emreli 2 turdu ki, “Nürnberq”in iştirak ərizəsində yer almır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest