26 Fevral 2025, 14:12
FUTBOL
Şahzadə Uilyam İngiltərə millisinin yeni baş məşqçisi Tomas Tuxellə görüşüb. Matc.az xəbər verir ki, görüş Vindzor qəsrində baş tutub.
Şahzadə Uilyamla almaniyalı mütəxəssis bir saatdan çox müzakirə aparıb, Tuxel komandaya dair baxışını və gələcək planlarını açıqlayıb. Bu, Tuxelin baş məşqçi postuna keçdikdən sonra şahzadə ilə ikinci görüşü idi.
Qeyd edək ki, Tomas Tuxel yanvarın 1-dən İngiltərə millisinin baş məşqçisi postunu tutur.