“Real”ın baş məşqçisi Karlo Ançelotti yarımmüdafiəçi Arda Gülərin performansından narazıdı. Matc.az xəbər verir ki, çalışdırıcı türkiyəli futbolçunun müdafiəyə köməyindən məmnun deyil.

19 yaşlı hücumameyilli oyunçunun məşqlərdəki çıxışı italiyalı mütəxəssisi qane etmir. Ançelotti ondan müdafiəyə köməkdə daha intensiv olmasını tələb edib.

Baş məşqçi Ardaya artıq inkişaf etməli olduğunu açıq şəkildə bildirib. Gənc futbolçu da meydanda daha çox qaçaraq buna cavab verməyə çalışır. Türkiyəli oyunçunun müdafiə fazasında oyununu yaxşılaşdırdığı və komandaya daha çox uyğunlaşdığı vurğulansa da, onun inkişafı hələ tam stabil deyil.

Gülərin məhz bu səbəbdən 5 matçda meydana çıxmadığı ehtimal edilir. O, axırıncı dəfə İspaniya Kubokunun 1/4 final mərhələsində “Leqanes”lə qarşılaşmada (3:2) oynayıb.

Qeyd edək ki, Arda Gülər cari mövsüm La Liqada 16 oyunda 1 qol, 3 assistlə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest