26 Fevral 2025, 15:54
FUTBOL
“Mançester Siti” yay “transfer pəncərəsi”ndə heyətini ciddi dəyişiklik edəcək. Matc.az xəbər verir ki, “şəhərlilər”in hədəfindəki 3 futbolçu məlumdu.
Bunlar müdafiəçilər Andrea Kambyaso (“Yuventus”), Usman Dioamande (“Sportinq”) və yarımmüdafiəçi Samuele Riççidi (“Torino”). Premyer Liqa nəhəngi “Yuventus”un universal cinah oyunçusunu qış fasiləsində də gündəmə gətirmişdi.
Riççi və Kambyaso ilə danışıqlara da artıq start verilib. Dioamandenin transferinə isə klubun yeni idman direktoru Uqo Viana şəxsən maraq göstərir.