“Real” və PSJ “Barselona”nın yarımmüdafiəçisi Lamin Yamalı transfer etmək istəyib. Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Ferran Martines sosial şəbəkədə paylaşım edib.

O, xüsusən də, “kral klubu”nun 17 yaşlı hücumameyilli oyunçu üçün dəridən qabıqdan çıxdığını vurğulayıb. Lakin futbolçunun meneceri Xorxe Mendes bu keçidin mümkün olmadığını qarşı tərəfə çatdırıb.

Yamalın “Barselona” ilə müqaviləsi 2026-cı ilin yayına qədərdi. Lakin futbolçu 18 yaşı tamam olan kimi 2030-cu ilə qədər sözləşməsi uzadılacaq. Bu isə iyulun 13-dən sonra baş verəcək.

Qeyd edək ki, Lamin Yamal cari mövsüm 33 oyunda 11 qol vurub, 16 assist edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest