Peşəkar Futbol Liqasının icraçı-direktoru Zaur Hacı-Məhərrəmov daha bir təyinat alıb. Matc.az xəbər verir ki, o, Konfrans Liqası oyununda iş başında olacaq.

Hacı-Məhərrəmov 1/8 final mərhələsinin “Panatinaikos” (Yunanıstan) - “Fiorentina” (İtaliya) qarşılaşmasının UEFA nümayəndəsi kimi fəaliyyət göstərəcək.

Martın 6-da təşkil olunacaq görüş Afina Olimpiya Stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest