“Liverpul”un baş məşqçisi Arne Slot cəzalandırılıb. Matc.az xəbər verir ki, buna səbəb 46 yaşlı mütəxəssisin İngiltərə Premyer Liqasının XXIV turunda “Everton”la oyundan sonra hakimlərə qarşı nalayiq davranışı olub.

Niderlandlı çalışdırıcı referinin ünvanına təhqiramiz ifadələr işlədib. Bu hərəkətinə görə o, matçdan sonra qırmızı vərəqə alıb. Slota 2 oyunluq cəza və 80 min avro cərimə kəsilib.

Qeyd edək ki, Arne Slot “Nyukasl”la bugünkü və “Sauthempton”la növbəti turdakı oyunu buraxacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest