İtaliya kubokunda sonuncu yarımfinalçı müəyyənləşib. Matc.az xəbər verir ki, “Empoli” yoluna davam etməyi bacarıb.

Adıçəkilən komanda favoritlərdən sayılan “Yuventus”u 1/4 finalda yarışdan kənarlaşdırıb. Matçın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında daha dəqiq oynayan “Empoli” (4:2) kubokun son qalibini üstələyib.

“Empoli” yarımfinalda “Bolonya” ilə qarşılaşacaq. Digər cütdə “Milan”la “İnter” üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest