İspaniya Kubokunda yarımfinal mərhələsi davam edir. Matc.az xəbər verir ki, ikinci oyunda “Real Sosyedad” “Real”ı qəbul edib.

Matçda 1 qol qeydə alınıb. Endrikin ilk hissədə vurduğu top qarşılaşmada yeganə olub və “kral klubu” 1:0 hesablı qələbə qazanıb. Komandalar arasında cavab görüşü aprelin 1-də reallaşacaq.

Qeyd edək ki, digər cütdə “Barselona” ilə “Atletiko” ilk oyunda qollu bərabərə qalıb – 4:4.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest