“Mançester Siti”nin hücumçusu Erlinq Haland sabiq “Mançester Yunayted”li Rud Nistelroyun göstəricisini təkrarlayıb. Matc.az xəbər verir ki, norveçli forvard ilk 3 mövsümündə 20 qol vurmaqla bunu reallaşdırıb.

Haland son olaraq İngiltərə Premyer Liqasının XXVII turunda “Tottenhem”ə qarşı səfər matçında fərqlənib. Məhz onun 12-ci dəqiqədə vurduğu yeganə qol “şəhərlilər”ə 1:0 hesablı qələbə qazandırıb. Haland əvvəlki iki mövsümdə Premyer Liqada müvafiq olaraq 36 və 27 qol vurub.

Qeyd edək ki, Rud van Nistelroy 2001-2004-cü illərdə ardıcıl 3 mövsüm ərzində 20-dən çox qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest