“Zirə”nin hücumçusu Salifu Suma mövsümün sonunda komandadan ayrılacaq. Matc.az xəbər verir ki, bu barədə “Africafoot” nəşri məlumat yayıb.

Bildirilib ki, qvineyalı futbolçu Bolqarıstanın MOİK, Fransanın “Qrenobl”, həmçinin İngiltərə Çempionşipinin bir neçə komandasının maraq dairəsindədir. Lakin 21 yaşlı forvardın Bolqarıstan təmsilçisinə keçmək ehtimalı daha yüksək qiymətləndirilir. Çünki “Zirə”nin tələb etdiyi 800 min avroluq təzminat məbləğini yalnız sofiyalılar ödəməyə hazırdı.

Suma özü də daha populyar çempionatda oynamaq istədiyindən, Azərbaycan çempionatında qalmaq fikrində deyil.

Qeyd edək ki, Salifu Sumanın “Zirə” ilə müqavilə müddəti 2027-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest