“Bildiyiniz kimi, bu gün Azərbaycan Kubokunda, 1-ci Liqa, 2-ci Liqa və Əvəzedicilər liqasında oyunların keçirilməsi nəzərdə tutulub. Ölkə ərazisində bir neçə gündü davam edən qeyri-sabit hava şəraiti müəyyən problemlərin yaşanmasına yol açıb".

Ölkədə hava şəraitinin dəyişməsi yenidən çempionat və kubok oyunlarına təsir edə bilər. Matc.az xəbər verir ki, bəzi görüşlərin təxirə salınma variantı gündəmə gəlib.

Peşəkar Futbol Liqası da bununla bağlı bəyanat yayıb. Qurum hələlik vəziyyətin nəzarət altında olduğunu bəyan edib:

“Bildiyiniz kimi, bu gün Azərbaycan Kubokunda, 1-ci Liqa, 2-ci Liqa və Əvəzedicilər liqasında oyunların keçirilməsi nəzərdə tutulub. Ölkə ərazisində bir neçə gündü davam edən qeyri-sabit hava şəraiti müəyyən problemlərin yaşanmasına yol açıb. Peşəkar Futbol Liqasının bayrağı altında keçirilən bütün yarışlarda ümumi vəziyyət nəzarət altındadı. Oyunların keçiriləcəyi stadionlar qardan təmizlənir, klublar qırmızı toplarla təmin olunur. Oyunlarla bağlı hər hansı bir təxirəsalma olarsa, bu barədə Peşəkar Futbol Liqası tərəfindən rəsmi açıqlama veriləcək”.

Qeyd edək ki, I Liqanın bu gün keçirilməsi nəzərdə tutulan “Mingəçevir” – “Difai” matçı təxirə salınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest