“Liverpul”un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasının XXVI turunda “Mançester Siti” üzərində 2:0 hesablı qələbəni dəyərləndirib. Matc.az xəbər verir ki, misirli forvard səfərdə çətin qalibiyyət əldə etdiklərini deyib.

Salah ən uğurlu mövsümünü keçirdiyini düşünür: “Bu, inanılmazdı. Bu stadionda oynamaq çox çətindi. Rəqib çox güclü komanda idi və onların inanılmaz baş məşqçisi var. Titul yarışında olduğumuz üçün bu qələbə daha özəldi. Əsas odu ki, sakit qalmağı bacarmalıyıq. O ki qaldı mənim performansıma, bəlkə də, insanlar ilk mövsümlərimi daha çox bəyənirlər. Amma mən indiki halımı üstün tuturam, ən yaxşı mövsümümü keçirirəm”.

Qeyd edək ki, Məhəmməd Salah Premyer Liqada 25 qolla bombardirlər yarışına başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest