27 Fevral 2025, 13:54
FUTBOL
“İnter”in prezidenti Cüzeppe Marotta klubun transfer siyasətindəki dəyişikliklərdən danışıb. Matc.az xəbər verir ki, o, İdarə Heyətinin yaxın zamanda heyəti radikal şəkildə dəyişdirməyi planlaşdırmadığını söyləyib.
“Əsas modelimiz bir qədər dəyişəcək, çünki klubun fəlsəfəsi yenidən gənc oyunçulara investisiya yatırmaqdı. Bu futbolçular həm klubun kapitallaşmasına töhfə verə, həm də komandaya faydalı ola bilərlər. Komandaların orta yaşı azalıb, biz də bu tendensiyaya uyğunlaşmalıyıq. Model dəyişikliyi hədəflərimizə təsir etməyəcək”, - deyə Marotta bildirib.
Qeyd edək ki, “İnter” 26 turdan sonra 57 xalla İtaliya A Seriyasında turnir cədvəlinə başçılıq edir.